Finlandiyada Rusiya ilə bağlı strategiya hazırlana bilər

Finlandiyada Rusiya ilə bağlı strategiya hazırlana bilər
  25 Yanvar 2024    Oxunub:859
Avropa etibarlı müdafiə və çəkindirmə strategiyası hazırlamalıdır, çünki Rusiya yalnız gücü anlayır.
Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen RND-yə müsahibəsində bildirib. “Avropa özünün müdafiəsi və müəyyən hücumların qarşısının alınması üçün etibarlı strategiya hazırlamalıdır. Biz öz müdafiə sənayemizi gücləndirməliyik və həm kiçik, həm də böyük müdafiə şirkətlərinə böyük investisiyalar yatıra bilməsi üçün şərait yaratmalıyıq. Rusiya yalnız gücü başa düşür”, - Valtonen deyir.

Onun sözlərinə görə, həm Avropa səviyyəsində, həm də NATO səviyyəsində çəkindirmə strategiyası hazırlanmalıdır. Eyni zamanda o, Qərbin hələ də bu plandan uzaq olduğunu etiraf edib. Valtonen bildirib ki, ABŞ seçkilərinin necə bitməsindən asılı olmayaraq daha çox iş görülməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti