Cənubi Koreyada deputata hücum edilib

Cənubi Koreyada deputata hücum edilib
  25 Yanvar 2024    Oxunub:982
Cənubi Koreyanın hakim Vətəndaş Qüvvəti Partiyasının üzvü Pe Hyun Çjin hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Axşam saatlarında yoldan keçən biri Seulun Qanqnam rayonunda küçədə deputata yaxınlaşaraq onun Pe Hyun Çjin olub-olmadığını soruşub.

Bundan sonra şəxsiyyəti açıqlanmayan hücumçu onun başına zərbə endirib. Deputat qanaxma ilə xəstəxanaya çatdırılıb. Agentlik siyasətçinin həyati təhlükəsi olmadığını bildirib. Polis hücum edən şəxsi saxlayıb.

Təxminən üç həftə əvvəl bir nəfər Cənubi Koreyanın müxalifət lideri Li Çje Myona bıçaqla hücum edib. Siyasətçi əməliyyat olunub və bu yaxınlarda işinə qayıdıb.

AzVision.az



Teqlər:





Xəbər lenti