Macarıstan Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara yardım göstərəcək

Macarıstan Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara yardım göstərəcək
  25 Yanvar 2024    Oxunub:874
Macarıstan Moldovanın Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyir və bu məsələ ilə bağlı danışıqların tez və effektiv şəkildə aparılmasına kömək edəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə moldovalı həmkarı Dorin Reçan ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Macarıstan Moldovanın Avropa İttifaqına üzvlüyünü qeyd-şərtsiz dəstəkləyir”, - Macarıstanın hökumət başçısı bildirib.

Onun sözlərinə görə, söhbət təkcə Aİ-yə üzvlüyün Moldova üçün faydalı olacağından deyil, həm də Avropa İttifaqının yeni enerjiyə ehtiyacı olmasından gedir.

AzVision.az



Teqlər:





Xəbər lenti