BMT-də rəsmilər söz davasına çıxdı - VİDEO

   BMT-də rəsmilər söz davasına çıxdı  -     VİDEO
  25 Yanvar 2024    Oxunub:1305
BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya və İsrail nümayəndələri arasında sözlü atışma baş verib.
AzVision.az xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Rusiya xarici işlər naziri Sergey Lavrovun İranın yüksəkrütbəli zabitlərini müdafiə edən bəyanatına reaksiya verib:

“Hamımızın bildiyi kimi, İran dronları Rusiya tərəfindən Ukraynada mülki insanların öldürülməsi üçün istifadə olunur. İran terroru bizim hamımıza sirayət edəcək, bunu hər birimiz bilirik. Hətta İranla əməkdaşlıq edən Rusiya da”.

Sergey Lavrov isə öz növbəsində ittihamları “əzbərlənmiş yanıltmac” adlandırıb və diqqəti Qəzzadakı vəziyyətin müzakirəsinə cəmləməyə çağırıb.





AzVision.az



Teqlər:





Xəbər lenti