Stenoqram: Yeltsin Rusiyanın NATO-ya daxil olmasını Klintona təklif edib

     Stenoqram:   Yeltsin Rusiyanın NATO-ya daxil olmasını Klintona təklif edib
  26 Yanvar 2024    Oxunub:1225
1994-cü ildə Novo-Oqarevoda Amerika prezidenti Bill Klintonla görüşdə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin bəyan edib ki, NATO-nun genişlənməsi halında alyansa birinci Rusiya qoşulmalıdır.
Məxfilikdən çıxarılan stenoqrama görə, Yeltsin beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ, Rusiya və Avropa ölkələrinin daxil olduğu kartel yaratmağı təklif edib.

Yeltsinin fikrincə, Rusiyadan sonra Mərkəzi və Şərqi Avropanın digər ölkələri də təşkilata daxil olacaqdı. Bununla belə, Bill Klintonun bu təklifə cavabı çox təmkinli olub və ölkələrin birliyinin yaradılması və ya Rusiyanın NATO-ya üzvlüyü ideyasını qeyd etməyib.

Bundan əvvəl SSRİ-nin dağılacağını proqnozlaşdıran fransız tarixçisi Emmanuel Todd deyib ki, Rusiya Qərb ölkələrinə hücum etməyi planlaşdırmır, çünki onun hərbi doktrinası ciddi müdafiə xarakteri daşıyır.

Lakin NATO ölkələrinin demoqrafik və əhali baxımından üstünlüyünü nəzərə alaraq, Rusiyaya təhlükə yaranarsa, onun xalqı və dövləti taktiki nüvə silahı ilə qabaqlayıcı zərbə endirmək qərarına gələ bilər. Todd ümid edib ki, Qərb liderləri bu doktrinadan xəbərdardırlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti