Rusların neçə faizi Putinə güvənir? - SORĞU

Rusların neçə faizi Putinə güvənir?    - SORĞU
  26 Yanvar 2024    Oxunub:812
Rusiyanın İctimai Rəy Fondu (FOM) yeni sorğu keçirib.
Fondun tədqiqatçılarının yaydığı məlumata görə, sorğuda iştirak edən rusların əksəriyyəti (78%) prezident Vladimir Putinin işini müsbət qiymətləndiriblər.

Rusların 55 faizi Putinə güvənir - SORĞU
Həftəlik "FOMnibus" sorğusu 21 yanvar 2024-cü il tarixində federasiyanın 53 subyektinin 104 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 1,5 min respondent arasında keçirilib. Respondentlər yaşadıqları ərazi üzrə sorğu-sual ediliblər. Tədqiqatçılar qeyd ediblər ki, statistik səhv 3,6%-dən çox olmayıb.

Ümumi nəticədə məlum olub ki, respondentlərin 77%-i prezidentə güvənsə də, rusiyalıların 12%-i ona elə də inanmır. Həmçinin, sorğuda iştirak edənlərin 9%-i Putinin onun fəaliyyətini kifayət qədər pis qiymətləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Putin   Sorğu  





Xəbər lenti