"Rusiya, Türkiyə, Suriya və İran kəşfiyyatı arasında təmaslar davam edir"

  "Rusiya, Türkiyə, Suriya və İran kəşfiyyatı arasında təmaslar davam edir"
  26 Yanvar 2024    Oxunub:781
Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın kəşfiyyat xidmətləri arasında dördtərəfli formatda təmaslar bu gün də davam edir.
Bu barədə RİA Novosti-yə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib. O qeyd edib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda gələcəkdə dörd ölkənin müdafiə nazirlərinin arasında danışıqların baş tuta biləcəyini söyləmək hələ tezdir:

“Hər şey bilavasitə İdlib ətrafında, Fəratda və İsrail-Suriya və İsrail-Livan sərhədlərində vəziyyətin inkişafında ortaya çıxan reallıqlardan asılı olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti