Bloomberg: “Rusiya danışıqlara hazır olduğuna işarə edir”

      Bloomberg:    “Rusiya danışıqlara hazır olduğuna işarə edir”
  26 Yanvar 2024    Oxunub:1146
Rusiya qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna üzrə dialoqa, o cümlədən, Kiyev üçün gələcək təhlükəsizlik tədbirlərinin müzakirəsinə hazır olması barədə ABŞ-yə məlumat ötürüb.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyi Kremlə yaxın olan iki mənbəyə istinadən həmsöhbətlərinin iddiasına görə, belə siqnalların keçən ay adını çəkməkdən imtina edən vasitəçi tərəfindən ötürüldüynü yazıb.

Onların sözlərinə görə, Moskva çox güman ki, Ukraynanın neytral statusu tələbindən və Kiyevin NATO-ya qoşulmaması tələbindən imtina barədə düşünə bilər. Lakin işğal edilmiş ərazilər üzərində nəzarətinin tanınmasında israrlı olacaq.

“Rusiyanın mövqeyində təsvir edilən dəyişikliklərdən xəbərsizik. Rusiya ilə danışıqların olub-olmaması, nə vaxt və necə aparılacağına Ukrayna özü qərar verəcək”, - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrienn Uotson deyib.

Agentliyin bu məsələ ilə bağlı sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin Moskvanın Ukrayna ilə bağlı danışıqlara açıq olduğu barədə qaldığı barədə dəfələrlə səsləndirdiyi bəyanatları xatırladıb bildirib.

“Məqsədlərimizə çatmaqda qərarlıyıq. Biz isə onlara diplomatik yollarla nail olmağa üstünlük verərdik. Əks halda, hərbi əməliyyat biz məqsədlərimizə çatana qədər davam edəcək”, - agentlik onun sözlərini sitat gətirir.

Qeyd edək ki, ötən il dekabrın 14-də keçirdiyi canlı efirdə Vladimir Putin Rusiyanın yalnız öz məqsədlərinə çatmasından sonra sülhün olacağını vudrğulayıb.

- Gəlin bu məqsədlərə qayıdaq – onlar dəyişmir. O zaman nədən danışdığımızı xatırlatdım. Ukraynanın denasifikasiyası, demilitarizasiyası, neytral statusu”, - Rusiya prezidenti demişdi.

Sahil İsgəndərov
olor=blue> AzVision.az




Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti