Əsirlərin ailələri: "HƏMAS-la razılığa gəlin" - VİDEO

   Əsirlərin ailələri:    "HƏMAS-la razılığa gəlin" -  VİDEO
  26 Yanvar 2024    Oxunub:812
Qəzza zolağında HƏMAS terrorçuları tərəfindən əsir saxlanılan israilli şəxslərin ailələri müharibəni başa çatdırmağa çağırış edirlər.
AzVision.az xəbər verir ki, Tel-Əvivdə keçirilən nümayişlərdə ailələr əsirlərin qaytarılması tələbini irəli sürüblər.

"Nə lazımdır, bizi maraqlandırmır. HƏMAS-la razılaşın. Ailə üzvlərimizin, yaxınlarımızın sağ-salamat evlərinə qayıtmalarını istəyirik. Müharibə davam etdikcə onlara təzyiq də artır. Neçə ki sağdırlar, əməliyyatları dayandırın", - ailələrin çağırışında deyilir.

Xatırladaq ki, İsrail hərbçiləri Qəzzada üç əsirin xilası üçün əməliyyat zamanı səhvən onları qətlə yetirmişdilər.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   əsirlər  





Xəbər lenti