"Snayperlərimiz 500 Ukrayna əsgərini öldürüb" - Rusiya

   "Snayperlərimiz 500 Ukrayna əsgərini öldürüb"    - Rusiya
  26 Yanvar 2024    Oxunub:726
Rusiyanın Müdafiə Nazirliyi cəbhə xəttindəki əməliyyatlarla bağlı diqqət çəkən məlumat yayıb.
Qeyd edilir ki, snayperlər Ukrayna Silahlı Qüvvələri əsgərlərinin sıradan çıxarılmasında uğurlu nəticələr göstərirlər.

Məlumata görə, Cənub Hərbi Dairəsinin 150-ci motoatıcı diviziyasının snayperləri qondarma "DXR"in cəbhə xəttində 500-ə yaxın ukraynalı əsgəri öldürüb: "Snayper atıcıları müasir silahlardan istifadə edərək 150 metrdən iki kilometrə qədər məsafəyə dəqiq atəş açırlar. Xüsusi təyinatlıların əsgərləri kamuflyajdan istifadə edir və döyüş tapşırığından asılı olaraq həm açıq ərazilərdə, həm də yaşayış məntəqələrində bir neçə saatdan bir neçə günə qədər hərəkətsiz qala bilərlər".

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Snayper  





Xəbər lenti