Britaniya kralı Keyt Middltonun yatdığı xəstəxanaya yerləşdirilib

   Britaniya kralı Keyt Middltonun yatdığı xəstəxanaya yerləşdirilib
  26 Yanvar 2024    Oxunub:814
Böyük Britaniya kralı III Çarlz Keyt Middltonun yatdığı xəstəxanaya yerləşdirilib.
Bu barədə İndependent xəbər verib. Böyük Britaniyanın 75 yaşlı kralı III Çarlz London klinikalarından birində böyümüş prostat vəzinin müalicəsi üçün xəstəxanaya yerləşdirilib.

Bu, Keyt Middletonun keçən həftə uğurlu əməliyyatından sonra müalicə aldığı xəstəxanadır.

“Əlahəzrət, son bir həftə ərzində öz xoş arzularını göndərən hər kəsə təşəkkür edirr və onun diaqnozunun ictimai səhiyyə məlumatlılığına müsbət təsir etdiyini bilməkdən məmnundur”, - sarayın bəyanatında deyilir.

Yanvarın 17-də Bukingem Sarayı Kral III Çarlzın genişlənmiş prostatın müalicəsi üçün xəstəxanaya getməyə qərar verdiyini açıqlayıb və bu, onun ictimai tədbirlərinin təxirə salınmasına səbəb odub. Saray rəsmiləri də onun müvəqqəti olaraq krallıq vəzifələrindən uzaqlaşacağını bildiriblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti