Fidan və Kemeronun İstanbulda görüşü baş tutub

   Fidan və Kemeronun İstanbulda görüşü baş tutub
  26 Yanvar 2024    Oxunub:807
Türkiyəyə səfərə gələn Böyük Britaniya XİN rəhbəri Devid Kemeron türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
AzVision.az xəbər verir ki, 90 dəqiqə davam edən görüşdə nazirlər Qəzza zolağındakı müharibənin həlli yolları, ikitərəfli əlaqələr və Türkiyənin İsveçin NATO-ya üzvlük müraciətini təsdiqlənməsi barədə söhbət apardılar.

Türkiyə XİN rəhbəri Qəzza zolağında atəşkəş üçün beynəlxalq səylərin artırılması və münaqişənin iki dövlətli həll yolu ilə başa çatdırılması zərurətini diqqətə çatdırıb.

Tərəflər Türkiyə və Böyük Britaniya arasında ticarət, iqtisadiyyat, müdafiə sənayesi və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı, Qara dənizdə təhlükəsizlik məsələsi barədə fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Britaniya   nazirlər   görüş  





Xəbər lenti