Çin litvalılara viza vermir

Çin litvalılara viza vermir
  26 Yanvar 2024    Oxunub:737
Çin Litva vətəndaşlarına viza verilməsini dayandırıb, lakin Pekin bu qərarın səbəbləri və bu tədbirin müvəqqəti olub-olmaması barədə Vilnüsə əlavə məlumat verməyib.
Bunu Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis deyib. “Bu barədə bizə əlavə məlumat verilmir. Mən bilirəm ki, zərurət yaranarsa, Litva vətəndaşları başqa ölkələrdə - Polşada və ya başqa yerdə qəbul oluna bilər”, - Landsberqis bildirib.

Bundan əvvəl Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların və nizamnamə işçilərinin vəzifədən kənar Rusiya, Belarus və Çinə səfərlərini qadağan edib. Litva Müdafiə Nazirliyi hesab edir ki, bu ölkələr məxfi məlumatlara daxil olmaq hüququ olan Litva vətəndaşları haqqında məlumat toplayır.

AzVision.az


Teqlər:





Xəbər lenti