İrandan təkzib: ABŞ terror aktı ilə bağlı xəbərdarlıq etməyib

   İrandan təkzib:    ABŞ terror aktı ilə bağlı xəbərdarlıq etməyib
  26 Yanvar 2024    Oxunub:817
İran ABŞ hökumətinin Kirmanda gözlənilən terror aktı ilə bağlı Tehranı əvvəlcədən xəbərdar etdiyini inkar edib.
Bu barədə İRNA mənbələrə istinadən xəbər verib. “İRNA-ya müsahibə verən məlumatlı diplomatik mənbə “Wall Street Journal”ın ABŞ kəşfiyyatının Kirmandakı terror hadisəsindən əvvəl İrana xəbərdarlıq etdiyi barədə iddiasını təkzib edib”, - deyə agentlik bildirib.

Bundan əvvəl Amerikanın “Wall Street Journal” qəzeti yazıb ki, ABŞ İrana yanvarın əvvəlində Kirmanda baş vermiş terror aktı ilə bağlı əvvəlcədən gizli xəbərdarlıq edib.

Belə ki, İrana çatdırılan məlumat Tehran üçün faydalı ola biləcək qədər konkret olub. Nəşr yazıb ki, buna baxmayaraq, İran Kirman şəhərində partlayışların qarşısını ala bilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti