Paşinyandan sülh müqaviləsi ilə bağlı növbəti açıqlama

   Paşinyandan sülh müqaviləsi ilə bağlı növbəti açıqlama
  26 Yanvar 2024    Oxunub:900
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra Bakı ilə səmərəli danışıqlara ümid etdiyini bildirib.
"Ümidvaram ki, Azərbaycanda prezident seçkilərindən sonra danışıqlar prosesi artıq razılaşdırılmış və məlum prinsiplər əsasında sülh müqaviləsinin yekunlaşdırılmasını başa çatdırmaq üçün tam miqyas alacaq",- Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.

Baş nazir İrakli Qaribaşvili öz növbəsində bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında davam edən dialoqa nikbin baxır və iki ölkənin tezliklə sülh sazişi imzalayacağına ümid edir.

Gürcüstan Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir və bu prosesə öz töhfəsini verməyə hazırdır.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti