Mirzoyan bir neçə gün əvvəl Moskvaya dəvət olunub - Rusiya XİN

   Mirzoyan bir neçə gün əvvəl Moskvaya dəvət olunub -    Rusiya XİN
  26 Yanvar 2024    Oxunub:922
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl məsləhətləşmələr üçün Moskvaya dəvət olunub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
Onun sözlərinə görə, ötən ilin sentyabrından başlayaraq Ararat Mirzoyana sülh müqaviləsi ilə bağlı Moskvaya məsləhətləşmələr üçün dəfələrlə dəvətlər göndərilib. Digər məsələlərlə yanaşı, bütün bunlar müxtəlif səviyyələrdə ikitərəfli təmaslar zamanı müzakirə olunub.

"İrəvana sonuncu siqnal sözün əsl mənasında bir neçə gün əvvəl verilib", - Zaxarova qeyd edib.

Yanvarın 23-də Ermənistan XİN rəhbəri bildirib ki, 2023-cü ilin dekabrından sonra Rusiya tərəfdən həmkarı Sergey Lavrovla görüşə dəvət almayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti