Yəmən sahillərində gəmi raketlə vurulub

Yəmən sahillərində gəmi raketlə vurulub
  26 Yanvar 2024    Oxunub:1067
Yəmən sahillərində üzən ticarət gəmisi raketlə vurulub.
Bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb. Nəticədə gəminin göyərtəsində yanğın baş verib, ekipaj üzvlərindən heç kəs xəsarət almayıb.

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) da Yəmən sahillərində gəmiyə hücum barədə məlumat verib, lakin baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb. "Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırırlar. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilir", - deyə məlumatda bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti