Amerika hərbçiləri husilərin gəmi əleyhinə raketini məhv edib

 Amerika hərbçiləri husilərin gəmi əleyhinə raketini məhv edib
  27 Yanvar 2024    Oxunub:797
Amerika hərbçiləri Yəməndə “Ənsar Allah” hərəkatının husi üsyançılarının gəmi əleyhinə raketini məhv edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, gəmi əleyhinə raket Qırmızı dənizə doğru yönəlib və buraxılmağa hazır olub.

ABŞ ordusu hesab edir ki, hədəf bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaradırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti