Haitinin öldürülən prezidentinin arvadının hesabları bloklandı

Haitinin öldürülən prezidentinin arvadının hesabları bloklandı
  27 Yanvar 2024    Oxunub:680
Ən azı doqquz bank 2021-ci ildə sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moizi korrupsiya qalmaqalına görə hesablarına girişini bloklayıb.
Bu barədə “Juno 7” xəbər portalı məlumat yayıb. Lakin konkret olaraq hansı bankların bu addımı atdıı açıqlanmır. Qeyd olunub ki, keçmiş nazirlər və parlamentin deputatları da daxil olmaqla 40-a yaxın şəxsə qarşı korrupsiya ittihamı irəli sürülüb.

Xatırladaq ki, 7 iyul 2021-ci ildə Haiti Prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb. Prezidentin iqamətgahı yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz də yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti