Venesuelada müxalifət lideri siyasi hüquqlarından məhrum edildi

Venesuelada müxalifət lideri siyasi hüquqlarından məhrum edildi
  27 Yanvar 2024    Oxunub:792
Venesuelanın Ali Məhkəməsi sağçıların lider Maria Korina Maçadonu siyasi hüquqlarından məhrum edib.
Qərara əsasən Maçado özünü prezident elan etmiş Xuan Quaydonun təşkil etdiyi korrupsiya sxemində iştiraka görə 15 il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

“Vente Venesuela” hərəkatının lideri, parlamentin keçmiş üzvü Maçado 2023-cü il oktyabrın 22-də keçirilən müxalifətin praymerizində qalib gəlib və 2024-cü ilin ikinci yarısında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sağ müxalifətdən vahid namizəd kimi irəli sürülüb. onuncu qərar onun 2024-cü il prezident seçkilərində iştirakına mane olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti