Azərbaycan İrandakı səfirliyin açılmasının şərtlərini açıqladı

  Azərbaycan İrandakı səfirliyin açılmasının şərtlərini açıqladı
  27 Yanvar 2024    Oxunub:1076
"İrandakı səfirliyə edilən terror Azərbaycan üçün böyük zərbə idi".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. "Bu gün 27 yanvar tarixində bir il öncə səfirliyimizə Tehran şəhərində terror aktı törədilmişdi. Bu gün şəhidimiz Orxan Əsgərovu yad etdik. Burada Orxanla həmin terror zamanı birlikdə olan səfirlik əməkdaşları da iştirak etdi. Bir il bundan öncə baş verən terror bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi. Ən kəskin şəkildə bu akt pislənmişdi, beynəlxalq təşkilatlar da mövqeyini ifadə etmişdi"-deyə, o əlavə edib.

Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib. Belə ki, əsas məsələ baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir.

Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".

AzVision.az


Teqlər:





Xəbər lenti