Fransada etirazçı fermerlər gömrük binasını yandırdılar

Fransada etirazçı fermerlər gömrük binasını yandırdılar
  27 Yanvar 2024    Oxunub:933
Fransada etiraz edən fermerlər cənub Nimes kommunasında gömrük idarəsini yandırıblar.
AzVision.az xəbər verir ki, bu barədə Gare departamentinin prefekti Cerom Bonnet X sosial şəbəkəsində məlumat verib.

"Ötən axşam saat 19:15-dən etibarən Nimes gömrük məntəqəsində yanğın baş verib, bunun səbəbi kənd təsərrüfatı texnikasından istifadə edən insanların içəri daxil olması olduğu güman edilir", - Bonnet yazıb.

Onun sözlərinə görə, bina 1 saatdan çox yanıb və yanğınsöndürənlər yanğının öhdəsindən gələ bilməyiblər.

Qeyd edək ki, yanvar ayında Fransada fermerlərin etirazları başlayıb. Buna səbəb dizel yanacağının qiymətinin ehtimal olunan artımı olub. Fransız fermerlər də Ukrayna kənd təsərrüfatı məhsullarının Fransaya idxalının artması nəticəsində gəlirlərin azalmasından narazıdırlar.

Yanvarın 26-da Fransanın Patriot hərəkatının lideri Florian Filippot deyib ki, Fransa kənd təsərrüfatını xilas etmək üçün Avropa İttifaqından çıxmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti