Qəzzada ölənlərin sayı 26,2 mini ötüb

   Qəzzada ölənlərin sayı 26,2 mini ötüb
  27 Yanvar 2024    Oxunub:698
İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 26,2 mini ötüb.
AzVision.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin Əl-Cəzirə telekanalı tərəfindən verilən məlumatda qeyd edilib ki, 7 oktyabr 2023-cü ildən bu günə qədər 64 797 fələstinli yaralanıb.

Təkcə son 24 saat ərzində nazirliyin məlumatına görə, İsrailin Qəzzanın müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində 174 nəfər ölüb, 310 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti