İspaniyada Fələstin tərəfdarları aksiya keçiriblər

İspaniyada Fələstin tərəfdarları aksiya keçiriblər
  27 Yanvar 2024    Oxunub:833
İspaniyanın paytaxtı Madriddə Fələstinə dəstək yürüşü keçirən minlərlə insan beynəlxalq ictimaiyyəti "dərhal daimi atəşkəs naminə hərəkətə keçməyə" çağırıb.
AzVision.az xəbər verir ki, aksiya "Madrid-Fələstin Unitar Assambleyası" adlı təşkilatın rəhbərliyi ilə baş tutub.

Nümayişlərə İspaniyanın digər 20 şəhərindən, o cümlədən Avila, Barselona, Sevilya, Valyadolid, Leon, Bilbao, Burqosdan minlərlə insan qoşulub.

Etirazçılar Fələstin bayraqları dalğalandıraraq, münaqişə əleyhinə və sülh naminə şüarlar səsləndiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: İspaniya   Fələstin   aksiya  





Xəbər lenti