Bosfor boğazında nəqliyyat məhdudlaşdırılıb

Bosfor boğazında nəqliyyat məhdudlaşdırılıb
  27 Yanvar 2024    Oxunub:1010
İstanbul şəhərində Fateh Sultan Məhməd körpüsü yaxınlığında Barbados bayraqlı "SNP PAZAR" adlı gəminin mühərrikində nasazlıq yaranması səbəbi ilə Bosfor boğazında nəqliyyatın hərəkəti hər iki istiqamətdə müvəqqəti dayandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə İstanbul Sahil Təhlükəsizliyi Baş İdarəsi bəyanat yayıb.

Gəmidə nasazlığın aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyü bildirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İstanbul   boğaz  





Xəbər lenti