Moskvada Satira Teatrı yanıb - Video

   Moskvada Satira Teatrı yanıb -    Video
  28 Yanvar 2024    Oxunub:1113
Moskvanın Triumfalnaya meydanında məşhur Satira Teatrında yanğın olub. Bu barədə RİA Novosti məlumat verib.
Yanğınsöndürənlər hadisə yerindədir, orada 76 nəfər və 21 texnika çalışır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Fövqaladə Hallar Xidmətindən bildirilib ki, Satira Teatrında baş verən yanğına səbəb təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması olub. Qeyd edilir ki, yanğın taxta konstruksiyalardan keçib.

Yanğın 250 kvadratmetr ərazini əhatə edib və xilasedicilər onu lokallaşdırıblar.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti