Ekofəallar "Mono Liza"ya şorba tökdülər- Video

   Ekofəallar "Mono Liza"ya şorba tökdülər-  Video
  28 Yanvar 2024    Oxunub:1250
Parisdə ətraf mühit fəalları Luvr muzeyində Leonardo da Vinçinin zirehli şüşə ilə qorunan məşhur “La Gioconda” (“Mona Liza”) tablosuna şorba töküblər. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, fəallar öz hərəkətlərini sağlam və dayanıqlı qida hüququnu təşviq etmək istəyi ilə əsaslandırıblar.

Agentliyin məlumatına görə, muzey böhran qərargahını aktivləşdirib: rəsm sərgilənən zal dərhal boşaldılıb, təmizləmə işlərinə başlanılıb.

2022-ci ilin may ayında Luvr bir adamın "Mona Liza"ya tort atmasından sonra məhkəməyə müraciət etdiyini bildirmişdi. O, öz hərəkətlərini planeti xilas etmək çağırışları ilə əsaslandırıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti