Putin nazirlə zarafatlaşdı: "Hər şeyi məhv edəcəksən"

      Putin nazirlə zarafatlaşdı:   "Hər şeyi məhv edəcəksən"
  28 Yanvar 2024    Oxunub:933
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqun inkişafı ilə bağlı keçirilən iclasın qapalı hissəsində maliyyə naziri Anton Siluanovla zarafatlaşıb.
Bununla bağlı jurnalist Pavel Zarubin telegram kanalında məlumat verib. Görüş zamanı Siluanov Putinə “Pul haqqında danışa bilərəmmi?” sualı ilə müraciət edib. Dövlət başçısı nazirə baxıb və sonra cavab verib.

“Bəli, pul haqqında, buyurun. İndi hər şeyi məhv edəcəksən, gəl”, - Putin zarafat edib. Daha sonra prezident gülərək naziri çıxışa dəvət edib: "Anton Germanoviç, buyurun", - Rusiya lideri əlavə edib.

Qeyd edək ki, Vladimir Putin yanvarın 26-da Sankt-Peterburqda görüş keçirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti