Belçikada təyyarə avtomobilin üzərinə düşdü, iki nəfər ölüb

   Belçikada təyyarə avtomobilin üzərinə düşdü,    iki nəfər ölüb
  28 Yanvar 2024    Oxunub:760
Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. Bu barədə rayon rəhbərliyi məlumat yayıb.
Almaniyadan gələn təyyarənin aerodrom yaxınlığında avtomobilin üzərinə düşdüyü və partladığı qeyd olunur.

"Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, pis eniş olub", - polis bildirib.

Onun sözlərinə görə, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti