"Ordu ucuz masa tostları obyekti olmaqdan əl çəkməlidir” - Paşinyan

   "Ordu ucuz masa tostları obyekti olmaqdan əl çəkməlidir” -    Paşinyan
  28 Yanvar 2024    Oxunub:1172
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan ordusunda hərbi məsələlərlə bağlı köhnəlmiş standartlardan və ideyalardan imtina edilməlidir.
Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim formasından və əsgərlərin zahiri görünüşündən, dislokasiya yerlərindəki şəraitdən, silah və texnikadan tutmuş maaşlara, sosial təminatlara, peşə bacarıqlarına dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir.

“Proses başlayıb, lakin o, kifayət qədər sürətlə getmir. Ordu ucuz masa tostları obyekti olmaqdan əl çəkməlidir”, - baş nazir bildirib.

Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur.

“Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər və ya hərbi xidmətə çağırış korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Yaxud da hərbçilər və ictimaiyyət bu məsələdə bir-biri ilə “müttəfiqdir””, - Paşinyan bildirib. O qeyd edib ki, dövləti məhv edən məhz belə hadisələrdir və bu gün əsas vəzifə bu “birliyin” belini qırmaqdır.

Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti