Pelosi: "Qəzzada atəşkəs çağırışları Putinin müdaxiləsidir"

      Pelosi:    "Qəzzada atəşkəs çağırışları Putinin müdaxiləsidir"
  29 Yanvar 2024    Oxunub:1356
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ABŞ-də Qəzza zolağında münaqişənin dayandırılması çağırışlarını Rusiya prezidenti Vladimir Putinin ABŞ-nin işlərinə müdaxiləsi kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, xanım Pelosi bu barədə CNN-ə müsahibəsində bildirib.

"ABŞ-də atəşkəsə çağırışla əlaqədar bəzi etirazlar birbaşa Rusiya tərəfindən maliyyələşdirilir. Qəzzada atəşkəsə çağırış cənab Putinin mesajıdır. Bu, onun Ukraynada görmək istədiyi vəziyyət ilə eynidir. Düşünürəm ki, mümkün maliyyələşdirmə FTB tərəfindən araşdırılmalıdır", - o deyib.

Amerika-İslam Əlaqələri Şurası sabiq spikerin fikirlərini qətiliklə qınayaraq, FTB araşdırması tələbini "açıq-aydın avtoritarizm" adlandırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   spiker   Qəzza   atəşkəs  





Xəbər lenti