İran XİN: "ABŞ Yaxın Şərqdə yeni münaqişə yaradır"

      İran XİN:    "ABŞ Yaxın Şərqdə yeni münaqişə yaradır"
  29 Yanvar 2024    Oxunub:986
"Üç ABŞ əsgərinin ölümü ilə nəticələnən hücumla bağlı "əsassız ittihamlar" müharibə alovunu qızışdırmaq məqsədi daşıyır".
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bəyanat yayıb.

"Əsassız ittihamlar öz maraqlarını ABŞ-ni regionda yeni münaqişəyə çəkməkdə görənlərin planıdır. Regiondakı müqavimət qrupları öz qərar və hərəkətlərində İran İslam Respublikasından əmr almırlar. İran əməliyyatların böyüməsini alqışlamasa da, müqavimət qruplarının Fələstin xalqına dəstəyinə və ya istənilən işğala qarşı özlərini müdafiəsinə də qarışmır", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   ABŞ   Qəzza  





Xəbər lenti