Zelenski Ukrayna ordusunun gücünü açıqlayıb

Zelenski Ukrayna ordusunun gücünü açıqlayıb
  29 Yanvar 2024    Oxunub:878
Hazırda Ukrayna ordusunun gücü təxminən 880 min nəfərdir.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ARD telekanalına müsahibəsində deyib.

Sualları cavablandıran Zelenski milyonluq ordularının olduunu vurğulayıb:

“Eyni zamanda, hazırda 30 milyon işləyən şəxsimiz var. Həmçinin 6,5-7,5 milyon şəxs xaricə gedib".

Qeyd edək ki, Zelenski Ukrayna Quru Qoşunlarının sayını - 2023-cü ilin dekabrında 600 min nəfərdən çox, 2022-ci ilin fevral ayında 260 min nəfər olduğunu vurğulamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti