İtaliya Afrika ilə əlaqələri genişləndirir

   İtaliya Afrika ilə əlaqələri genişləndirir
  29 Yanvar 2024    Oxunub:1000
İtaliyanın Baş naziri qeyri-qanuni miqrasiyanın qarşısının alınması müqabilində ölkəsinin Avropa-Afrika əməkdaşlığı ilə bağlı "böyük planı"nı elan etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, xanım Meloninin gözlənilən planına əsasən, İtaliya qanunsuz miqrasiyanın qarşısının alınması müqabilində Afrikanın qabaqcıl əməkdaşına çevriləcək.

İtaliyanın "Eni" neft-qaz şirkətinin qurucusu Enriko Matteinin (1906-1962) şərəfinə "Mattei" adlanan plan bu gün paytaxt Romada keçiriləcək sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birlikdə Afrika və Avropanın bir sıra liderlərinə tanıdılacaq.

Xanım nazir bu planı hələ 2022-ci ilin oktyabrında ifrat sağçı hökumətin rəhbəri kimi vəzifəyə gəldiyi zaman açıqlamışdı. Planın əsas məqsədi Avropanın Rusiya qazından imtinası fonunda İtaliyanı yeni "enerji mərkəzi"nə çevirməkdir.

Təfərrüatlar hələlik açıqlanmasa da, ötən ilin noyabrında təsdiqlənmiş layihədə, Corca Meloninin irəli sürdüyü kimi, Afrika ölkələrinə təhsil, səhiyyə, ixrac və infrastruktur və s. sahələrdə köməyini nəzərdə tutur. Beləliklə, ölkələrin iqtisadi vəziyyəti çiçəkləndikcə Afrikadan gələn miqrant axınının qarşısı alınacaq. Bu məsələ xanım Meloninin seçki vədləri sırasındadır.

"Policy Sonar" siyasi məsləhət şirkətinin rəhbəri Françesko Qalietti məsələyə toxunaraq:

"Meloni, uzun müddətdir, bu sammiti qurmağa çalışır və böyük strategiya kimi irəli sürür, odur ki çox diqqət çəkir. Halbuki hələ bilmirik ki, kimlər çağırılacaq, hansı məbləğdə maliyyə yatırılacaq və bu, sadəcə diplomatiya və "yumşaq güc"dür, yoxsa daha artığıdır" , - o deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   Afrika   plan  





Xəbər lenti