Son günlərdə Afrikadan İspaniyaya mindən artıq miqrant gəlib

Son günlərdə Afrikadan İspaniyaya mindən artıq miqrant gəlib
  29 Yanvar 2024    Oxunub:633
Son 72 saat ərzində Şimali Afrikadan İspaniyanın cənub-qərbindəki Kanar adalarına mindən çox qanunsuz immiqrant gəlib ki, onlardan altısı yolda dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, Kanar Adaları Sahil Mühafizə Təşkilatı və Qırmızı Xaç rəsmilərinin məlumatına əsasən, 26-29 yanvar tarixləri arasında İerro, Tenerife və Qran-Kanariya adalarına 11 qayıqla mindən çox qanunsuz miqrant pənah gətirib.

Miqrantların Mali, Seneqal, Mavritaniya, Qambiya, Kamerun, Kot-d'İvuar və Qvineyadan gəldikləri bildirilib.

Qeyd edək ki, 2023-cü ildə rekord sayda 39 min 910 qanunsuz miqrant Şimali Afrikadan Kanar adalarına üz tutub. Cari ilin əvvəlindən isə bu göstərici 5 min nəfəri ötüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İspaniya   Afrika   miqrasiya  





Xəbər lenti