Macarıstan: "Şantajlara boyun əyməyəcəyik"

      Macarıstan:    "Şantajlara boyun əyməyəcəyik"
  29 Yanvar 2024    Oxunub:1097
"Macarıstan Ukrayna-Aİ vasitəçisi deyil və bu keçidi həyata keçirən digər aktorları rədd edir".
AzVision.az xəbər verir ki, bu sözləri Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka deyib.

"Macarıstan danışıqlarda konstruktiv mövqeyini qoruyacaq, lakin şantajlara boyun əyməyəcək", - o bildirib.

Qeyd edək ki, son günlər Macarıstanın Ukraynaya dəstəklə bağlı güzəştə getməsi üçün təzyiqlər artır. Macarıstanın Baş naziri Viktor Orbanın ötən il Ukraynaya uzunmüddətli maliyyə yardımı paketinə veto qoymasından sonra Aİ bu ölkəni yenidən heyətə qatmaq üçün danışıqlar aparır. Bu çərçivədə cümə axşamı ittifaq liderlərin sammiti planlaşdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Macarıstan   Avropa   Ukrayna  





Xəbər lenti