Metsola: "Afrika çiçəklənəndə Avropa da çiçəklənəcək"

      Metsola:    "Afrika çiçəklənəndə Avropa da çiçəklənəcək"
  29 Yanvar 2024    Oxunub:878
Avropa və Afrika rəsmiləri Roma şəhərində keçirilən İtaliya-Afrika sammitində çıxış edirlər.
AzVision.az xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola öz çıxışında Avropa-Afrika əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

O vurğulayıb ki, "əməkdaşlıq bütün dünyaya töhfə verəcək".

"Qitələrimiz arasında əlaqələr keçmişdən dərs çıxararaq, gələcəyə eyni nöqtədən baxdığımız bərabərhüquqlu tərəfdaşlıq kimi səciyyələnməlidir. Beləliklə, hamımız irəliləyiş göstərə və öz potensiallarımızı doğrulda bilərik" , - xanım sədr söyləyib.

(İtaliyanın Baş naziri Corca Meloni və Afrika Birliyi Komissiyasının sədri Musa Fəki Məhəmməd)

Afrika Birliyi Komissiyasının sədri Musa Fəki Məhəmməd isə öz çıxışında deyib ki, "tərəfdaşlıq azadlığa və həmrəyliyə əsaslanmalı, heç bir tərəf digərinə təzyiq göstərməməlidir.

"Afrika qarşılıqlı üstünlüklərə əhəmiyyət verir" , - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   Afrika   sammit  





Xəbər lenti