Meloni: "Avropa-Afrika əlaqələri yeni mərhələyə qədəm qoyur"

      Meloni:    "Avropa-Afrika əlaqələri yeni mərhələyə qədəm qoyur"
  29 Yanvar 2024    Oxunub:1091
İtaliyanın Baş naziri Corca Meloni ölkəsinin Afrika ilə bağlı planının təfərrüatlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, xanım nazir İtaliya-Afrika sammitində çıxış edib.

"İnanırıq ki, münasibətlərimizin tarixində yeni bir fəsil, bərabərhüquqlu dövlətlər arasında əməkdaşlıq mümkündür", - o deyib.

Xanım Meloni diqqətə çatdırıb ki, bu əməkdaşlıq üçün ilkin mərhələdə 5,5 milyard avrodan çox vəsait ayrılacaq.

O, çıxışı zamanı miqrasiya sahəsindəki problemlərə də toxunaraq, "insanları miqrasiyaya sürükləyən səbəbləri ortadan qaldırmadıqca kütləvi miqrasiyanın, insan alverçilərinin qarşısını ala bilməyəcəklərini" vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   Afrika   sammit  





Xəbər lenti