Aİ Rusiyaya qarşı sanksiyaları iyulun 31-dək uzadıb

   Aİ Rusiyaya qarşı sanksiyaları iyulun 31-dək uzadıb
  29 Yanvar 2024    Oxunub:831
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə, yəni iyulun 31-dək uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir

"Aİ Şurası bu gün Ukraynada sabitliyi pozan hərəkətlərə görə Rusiyaya qarşı tətbiq edilən qadağanedici tədbirləri 31 iyul 2024-cü il tarixinədək uzadıb”, - bəyanatda deyilir.

Aİ 2014-cü il iyulun 31-dən Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Həmin dövrdən bir sanksiyalar hər altı aydan bir avtomatik olaraq yenilənir. Ümumilikdə, Aİ Rusiya Federasiyasına qarşı 12 iqtisadi sanksiyalar paketi tətbiq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti