Xanlar Ağalarov kimdir? - Dosye

   Xanlar Ağalarov kimdir? -    Dosye
  29 Yanvar 2024    Oxunub:3958
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
AzVision.az bildirir ki, Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.
Bulvar İdarəsinə yeni sədr təyin edilib


O, bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

Ötən ilin mart ayında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Xanlar Ağalarovu nazirliyin Aparat rəhbəri təyin etmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti