Gürcüstanın baş naziri istefa verdi

  Gürcüstanın baş naziri istefa verdi
  29 Yanvar 2024    Oxunub:1060
Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Siyasətçi bu barədə keçirdiyi brifinqdə məlumat verib. Qaribaşvili keçirdiyi brifinqdə vəzifəsindən ayrılmasının ona hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən partiya sədri vəzifəsini tutmaq təklifi edilməsi ilə əlaqələndirib. Baş nazir qeyd edib ki, partiyanın konqresi fevralın 1-də keçiriləcək.

Qaribaşvili əlavə edib ki, partiyanın siyasi şurasının iclası zamanı onun yaya qədər vəzifəsində qalması müzakirə edilib, lakin o, qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq indi bu qərarı verib.

“İctimaiyyətə komandamızla müzakirə etdiyimiz qərar barəsində məliumat vermək istəyirəm. Bu gün mən Baş nazir vəzifəsini tərk edirəm”, - Qaribaşvili deyib.

Qeyd edək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilini əvəz edərək Baş nazir postunu tutub. 2015-ci ildə vəzifəsindən istefa verən Qaribaşvili 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri təyin edilib.

Xatırladaq ki, bu gün Gürcüstanın KİV-də Baş nazir İrakli Qaribaşvili ilə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin bir-birini əvəz edəcəyi ilə bağlı məlumat yayılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti