İran kəşfiyyatı ilə əlaqəli 11 nəfər "qara siyahı"ya düşdü

İran kəşfiyyatı ilə əlaqəli 11 nəfər "qara siyahı"ya düşdü
  29 Yanvar 2024    Oxunub:829
Birləşmiş Ştatlar və Birləşmiş Krallıq bu gün İran Kəşfiyyat Nazirliyinin xeyrinə əcnəbi dissidentlərin və İran rejiminin əleyhdarlarının öldürülməsini hədəfləyən cinayət şəbəkəsində iştirak etdiklərinə görə 11 nəfərə qarşı birgə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamasında bildirilib. Qeyd olunub ki, həmin şəxslər transmilli repressiyalarla, o cümlədən çoxsaylı qətllər və adam oğurluqları ilə məşğul olan, ABŞ-da əməliyyatlar planlaşdıran şəbəkə ilə bağlıdır.

Belə ki, Amerika səlahiyyətliləri iranlı narkotik ticarətçisi Naci Şərifi Zindəşti bu şəbəkənin lideri hesab edir. Bu şəbəkənin bir sıra ölkələrdə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Türkiyədə qətllərlə əlaqəli olduğu qeyd olunur. ABŞ səlahiyyətliləri iddia edir ki, Zindəşti ilə əlaqəli şəxslər əvvəllər ABŞ-da İrandan qaçıb gəlmiş insanların sifarişli qətllərini təşkil etməyə cəhd ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti