İrəvanda Leninqrad uşaqlarına ucaldılmış abidə təhqir edilib

 İrəvanda Leninqrad uşaqlarına ucaldılmış abidə təhqir edilib
  30 Yanvar 2024    Oxunub:817
İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə təhqir edilib.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan Teleqram kanalı məlumat yayıb.

Ermənistan paytaxtından olan Samvel Şirinyan "Facebook" sosial şəbəkəsində abidənin önünə qoyulan əklillərdən Rusiya bayraqlarını cırıb, önünə gül atdığı videonu dərc edib.

Öz hərəkətinə münasibət bildirən şəxs qeyd edib ki, Leninqradın blokadasına dair heç bir sənəd yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti