Türkiyədə balıqçı gəmisi batıb, ölənlər var

   Türkiyədə balıqçı gəmisi batıb,    ölənlər var
  30 Yanvar 2024    Oxunub:748
Türkiyənin İzmir şəhərində balıqçı gəmisinin batması nəticəsində 3 nəfər ölüb. Bu barədə Haberler.com portalı məlumat yayıb.
"İzmirin Dikili rayonu sahillərində balıqçı gəmisi batıb. 10 nəfərdən 3-nün cəsədi tapılıb, lakin itkin düşən 2 nəfərin axtarışları davam edir. Batan qayığın göyərtəsində olan 5 nəfər xəsarət alaraq sağ qalıb”, - nəşr qeyd edir.

Sahil Mühafizəsi axtarış bölgəsinə üç qayıq və bir helikopter göndərib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti