HƏMAS Parisdə razılaşdırılmış girov razılaşmasını rədd etdi

   HƏMAS Parisdə razılaşdırılmış girov razılaşmasını rədd etdi
  30 Yanvar 2024    Oxunub:691
Parisdə Misir, İsrail, Qətər və ABŞ-ın iştirakı ilə keçirilən danışıqlarda Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı hazırlanan ilkin təklifi HƏMAS hərəkatı rədd edib.
AzVision.az xəbər verir ki, “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bu təklif daimi atəşkəs rejimini əhatə etmir.

Fələstinin Azadlığı üçün Xalq Cəbhəsi və HƏMAS-ın ortaq mövqeyini ifadə edən bəyanatda bildirilir ki, İsrail ordusu Qəzzaya hücumu dayandırmalı və məhbus mübadiləsi baş verməmişdən əvvəl zolağı tərk etməlidir.

Bundan əvvəl CNN telekanalı mənbəyə istinadən məlumat vermişdi ki, danışıqlarda iştirak edənlər ümumi mənada konsensusa gəlsələr də, sövdələşmənin konkret təfərrüatlarını razılaşdırmaq çox çətin olacaq. İlkin şərtlərə görə, girovların qaytarılmasının birinci mərhələsinə hərbi əməliyyatlarda altı həftəlik fasilə daxildir. Bu halda HƏMAS-ın əlində olan hər bir mülki şəxs İsrail həbsxanalarında saxlanılan üç fələstinli ilə dəyişdiriləcək. CNN qeyd edir ki, bu nisbət İsrail ordusunun şəxsi heyətinin mübadiləsi üçün artırıla bilər. Kanal əlavə edir ki, altı həftəlik atəşkəsdən sonra daha uzun fasilə verilə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti