Koreya raket sınağı həyata keçirib

   Koreya raket sınağı həyata keçirib
  30 Yanvar 2024    Oxunub:735
Şimali Koreya Sarı dəniz istiqamətində qanadlı raketlər atıb.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargahı bəyanat yayıb.

Məlumata görə, sınaq yerli vaxtla səhər 7 radələrində baş tutub.

"Sayıqlığını artıran ordumuz Şimali Koreyanın təxribatlarını nəzarətdə saxlamaq üçün ABŞ ilə əməkdaşlıq aparır", - bəyanatda deyilir.

Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi Şimali Koreyanın son bir həftə ərzində artıq üçüncü dəfə qanadlı raket sınağı həyata keçirdiyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Koreya   raket   sınaq  





Xəbər lenti