İsrailli əsirlərin ailələri Qətərin Baş naziri ilə görüşüblər

İsrailli əsirlərin ailələri Qətərin Baş naziri ilə görüşüblər
  30 Yanvar 2024    Oxunub:745
Qəzza zolağında saxlanılan əsirlərin ailə üzvləri ABŞ-nin paytaxtı Vaşinqtonda Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə görüş keçiriblər.
AzVision.az xəbər verir ki, görüş həftə sonu Qətər, Misir, İsrail və ABŞ kəşfiyyat rəsmilərinin toplantısı çərçivəsində baş tutub.

Ailə üzvlərindən biri görüş barədə "X" hesabında təəssüratlarını bölüşüb.

"Görüşümüzdə mövqeyimizi aydınlaşdırdıq: bütün iştirakçı tərəflər əsirlərin evlərinə qaytarılması ilə bağlı razılığa gəlməlidir. 114 gündür ki, əsirlər dözülməz şəraitdə saxlanılırlar. Onları geri gətirməyin vaxtı çatıb. Məsələnin həlli barədə yeni razılaşma səylərinə görə Qətərə təşəkkürümüzü bildiririk", - o yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qətər   əsirlər   Qəzza  





Xəbər lenti