Zalujnı istefa xəbərini ofisindən foto yayaraq təkzib etdi

 Zalujnı istefa xəbərini ofisindən  foto yayaraq təkzib etdi
  30 Yanvar 2024    Oxunub:901
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı vəzifəsindən mümkün uzaqlaşdırılması ilə bağlı əvvəllər yayılan məlumatlar fonunda öz kabinetindən foto dərc edib.
Foto onun “Facebook” səhifəsində yayımlanıb. Fotoda Zalujnı Ukrayna Baş Qərargahının rəisi Sergey Şaptala ilə ofisindədir. Fotoya əlavə edilmiş mətn şərhi yoxdur.

Yanvarın 29-da Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefa verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti