İsrailin kəşfiyyat rəhbəri Misirə gedib

İsrailin kəşfiyyat rəhbəri Misirə gedib
  30 Yanvar 2024    Oxunub:843
İsrailin kəşfiyyat agentliyi "Şin-Bet"in rəhbəri Ronen Bar misirli həmkarı Qahirədə misirli həmkarı Abbas Kamil ilə görüşüb.
AzVision.az xəbər verir ki, dünən keçirilən görüş İsrail Ordusunun Qəzzanın cənubuna - Misirlə sərhəddə yerləşən Rəfəhə qurudan hücumlarını genişləndirməsi ehtimalı fonunda baş tutub.

Mümkün əməliyyatlar Rəfəhdən yüz minlərlə insanın daha cənuba - Misirin Sina yarımadasına köçünə gətirib çıxarır ki, bu, rəsmi Qahirədə narahatlıq doğurur.

Xatırladaq ki, bazar günü Parisdə də görüşmüş İsrail və Misir kəşfiyyat rəhbərləri HƏMAS qruplaşması ilə münaqişənin həllində razılığa gəlmək və müharibənin sonrakı gözlənilən vəziyyət barədə müzakirə aparmışdılar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Misir   kəşfiyyat   görüş  





Xəbər lenti