İran XİN: Vaşinqton Qəzzada münaqişənin həlli yollarını bilir

      İran XİN:    Vaşinqton Qəzzada münaqişənin həlli yollarını bilir
  30 Yanvar 2024    Oxunub:989
ABŞ prezidenti Co Bayden administrasiyası İsrail və HƏMAS arasındakı münaqişənin münaqişənin həlli yollarını bilir.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib. Onun sözlərinə görə, Ağ Ev yaxşı bilir ki, Fələstin anklavında müharibəyə son qoymaq siyasi yolla həyata keçirilə bilər: "Diplomatlar bu istiqamətdə fəal işləyirlər".

Oktyabrın 7-də minlərlə HƏMAS yaraqlısının Qəzza zolağından İsrailə daxil olması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin cavab əməliyyatının məqsədi hücumu dəf edərək xaricilər də daxil olmaqla 200-dən çox girovun azad olunmasına nail olmaq və HƏMAS-ı məhv etməkdir. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti